“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”
Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib.
Valyuta.az xəbər verir ki, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib: “Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.
AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
Qeyd edək ki, “Embraer Е190 AR” model təyyarələr 2004-cü ildən istehsal olunur. Konfiqurasiyasından asılı olaraq, 100-124 sərnişin daşıya bilir. İki General Electric CF34 -10E mürəkki ilə təchiz olunub, maksimal uçuş məsafəsi 5000 km-dir. Maksimal uçuş çəkisi 51,8 tondur.
Beynəlxalq bazarlarda bu modelin rəqibləri Kanadanın “Bombardier CRJ-1000”, Avropanın “Airbus A220-100 “və “Airbus A318”, ABŞ-nin “Boeing 717”, “Boeing 737-500” və “Boeing 737-600” təyyarələridir.
“Embraer E190”in ən iri alıcıları ABŞ-nin “SkyWest Airlines”, “Republic Airways” və “Envoy Air” aviaşirkətləridir. MDB ölkələrindən AZAL-dan başqa Embraer-in fərqli modellərini 2021-ci ilədək Belorussiyanın “Belavia”, Rusiyanın S7 və “İkar” aviaşirkətləri alırdı.
Embrayer E-Jet xəttindən (Е170, Е175, Е190 и Е195) 2024-cü ilin iyulunadək cəmi 1695 təyyarə istehsal olunub. Müxtəlif hadisələr zamanı onlardan 8 təyyarə istismardan çıxarılıb (onlardan 5-i əsasən sərt eniş nəticəsində ciddi xəsarətlərdən sonra).
© Qafqazinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay