BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7692
  • RUB
    1.6998
  • TRY
    0.0483
  • GBP
    2.1321
62011

Həyatda hər birimizin həyata keçirmək istədiyimiz hədəflərimiz olur. Hədəflərimizi həyata keçirərkən bəzi məsuliyyətləri üzərimizə götürmək lazım gəlir. Planlı olmaq da bir məsuliyyətdir. Gün içərisində bəzən özümüzə ayıracaq vaxtımız olmur. İş həyatının yorğunluğu , hədəflər varkən  bəzən işləri çatdırmaq olmur. Elə bu nöqtədə planlı olmaq, planlı çalışmaq olduqca önəmlidir. Hədəflərimizə çatmaqda əsas rol oynayan plan nədir?  Planlı olmağın faydaları nələrdir?

Plan qurmaq niyə vacibdir?

Su kimi axıb gedən zaman hər kəs üçün dəyərlidir. Geri dönüşü olmayan və sürətlə keçib gedən zaman içərisində hədəflərimizə varmaq üçün planlı yaşamaq da çox önəmlidir. Çünki hər bir insanın “İşləri çatdıra bilmirəm” dediyi vaxtlar olur. Bu narahatlığın əsas səbəblərindən bəziləri qeyri-müəyyənlik, zamanı idarə edə bilməmək, plansız yaşamaqdır. Amma plan qurmaq qarşıya qoyulan məqsədlərə nail olunmasının gedişatını izləməyi və qiymətləndirməyi asanlaşdırır. Harada olduğunuzu görmək üçün müntəzəm olaraq yoxlaya və lazım olduqda planlarınızı nəzərdən keçirə bilərsiniz. Bu həm şəxsi inkişafınız, həm də biznes performansınız üçün böyük əhəmiyyət kəsb edir.

Plansız yaşamaq günümüzü bizdən alır.

Plansız yaşamaq zamanı idarə etməyi çətinləşdirir. Buna görə də işlər dağıla, gərəksiz  zaman xərclənə bilər. Plansız yaşamaq qeyri- müəyyənlik yaradır və bu da stress səviyyəsini artırır. Hədəflərə çatmaq üçün yol xəritəsi - plan olmadan hərəkət etmək işləri çətinləşdirir və insanı  narahat bir hala gətirir. Ən önəmli nüanslardan biri, plansızlıq insanı məqsədindən uzaqlaşdıra bilər. Bu durum  motivasiyanı düşürə, irəli addımlamaq yerinə vəziyyəti durğunlaşdırmağa apara bilər.

Həm kritik, həm də gündəlik məqsədlər üçün necə planlı bir insan ola bilərik?  

Həyatımızın istiqamətini dəyişdirə biləcək qərarlar qəbul edərkən etdiyiniz planlaşdırma çox vacibdir. Qabaqcadan planlaşdırma uğura aparan yolda atılacaq ən vacib addımlardan biridir. Etmək istədiyiniz hərəkətləri və ya öyrənmək istədiyiniz mövzuları müəyyən zaman dövrlərinə bölmək məhsuldarlığınızı artırır və motivasiyanızı yüksək saxlayır. Bu prosesdə günlərinizi və həftələrinizi diqqətlə planlaşdırmalı və hər gün üçün konkret hədəflər qoymalısınız. Asandan çətinə doğru irəliləyən və prosesi kiçik və idarə oluna bilən hissələrə ayıran plan xəritəsi məqsədlərinizə çatmağın ən təsirli yollarından biridir. Bu, motivasiyanızı yüksək saxlayır və uğur şansınızı artırır. Birincisi, sadə, qısamüddətli hədəflərdən başlayın. Bu məqsədlər sizin üçün asanlıqla əldə edilə bilən olmalıdır və nailiyyət hissini gücləndirməlidir. Məsələn, kiçik gündəlik və ya həftəlik tapşırıqlar təyin edin və onları uğurla tamamladığınız zaman özünüzü mükafatlandırın.

Planı yazmaq

Əlinizdə bir təqvim saxlamaq və ya planlarınızı telefonunuzda qeyd hissəsində yazmaq gündəlik həyatınızı daha mütəşəkkil və səmərəli edə bilər. Tapşırıqları, vacib görüşləri və məqsədləri qeyd edə bilərsiniz. Gündəlik planlarınızı yazılı şəkildə qurmaq prioritetlərinizi aydınlaşdırır, vaxtınızın idarə edilməsini yaxşılaşdırır və unutmamağınız lazım olan vacib detalları xatırladır.

Planlı olmaq təkcə planlar qurmaq deyil, həm də həmin planları davam etdirə bilməkdir.

Planlarınızı həyata keçirərkən diqqətinizi yayındıran şeylərdən uzaq durun. Diqqətin yayındırılması diqqəti cəmləməyə mane olan hər şey ola bilər: 

texnoloji cihazlar, sosial media, ətraf mühit faktorları və ya daxili düşüncələr. Günün sonunda tamamladığınız planları və mərhələləri işarələməklə irəliləyişinizi qeyd edin. Planlarınızı tamamladığınızı görərək, bir müvəffəqiyyət hissi yaşayırsınız və növbəti gün üçün daha enerjili və istəkli olursunuz. Bu sadə, lakin güclü vərdiş gündəlik məqsədlərinizə çatmağı asanlaşdırır və ümumi məhsuldarlığınızı artırır.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində breyk-dans edə bilən robot təqdim olundu, qiyməti açıqlandı (VİDEO)

"Uniplaza" cərimələnə bilər

Gürcüstandan Ermənistana qaz nəqli müvəqqəti dayandırılacaq

"Uber"in 950 milyon dollarlıq razılaşması niyə bloklandı? - "Reuters"

"CRM CONSTRUCTİON"a protokol yazıldı

Aktauda AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

Moskvanın hava limanları bağlandı

"Euronews": AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb

Sabahdan hava dəyişəcək: Yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Dünya Bankı Çinin ÜDM artımı ilə bağlı proqnozunu artırdı

İki şirkət arasında icarə mübahisəsi

Günəşə ən yaxın məsafə rekordu - Kosmik gəmi 6.1 milyon kilometrdən keçdi

Azərbaycanın aviaqəzada xəsarət alan bir qrup vətəndaşı ölkəyə yola salınıb

"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

Türkiyədə ən çox maaşı bu sektorda işləyənlər alır

"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb

Bağça müəllimlərinin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib

AMB açıqladı - “PashaPay”, “PulPal”, “K Group” tələbləri pozub

"MET-AK" hansı qaydaları pozub?

AMB “Açıq bankçılıq” üzrə təsdiq olunmuş tələblərə dair açıqlama yayıb

Xaricdən avtomobil gətirənlərin xərcləri boşa gedə bilər - AÇIQLAMA

Türkiyə Mərkəzi Bankı 22 aydan sonra faiz dərəcələrini azaldıb

Türkiyə Mərkəzi Bankı 22 aydan sonra faiz dərəcələrini azaldıb

İran rialı ucuzlaşma rekordunu yenilədi

“İpək Yolu Sığorta” əvvəlki kimi işləyə bilmir, yığımları 10 milyon manatdan çox azalıb

Sosial yardım nə qədər artacaq?

Baş nazir uyğunluğun yoxlanılması üçün qaydaları təsdiqlədi

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə zəng edib

Təyyarə qəzasında həlak olanların siyahısı açıqlandı

AZAL prezidentindən təyyarənin dronla vurulması iddiası ilə bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin