Xəbər
23.12.2024 / 22:13
"Varvara Balıq" cərimələnə bilər
61904
"Varvara Balıq" Açıq Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İş Yevlax Rayon Məhkəməsinin hakimi Kamil Əliyevin icraatındadır.
Protokol təsdiq olunsa, balıq zavodu min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay