"ABA Logistics" məhkəməyə verilib
Azərbaycana və əks istiqamətdə beynəlxalq yükdaşımaları həyata keçirən "ABA Logistics" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.
İdarə tərəfindən şirkət rəhbərliyi barəsində “İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə” iddia qaldırılıb.
İşə 14.03.2025-ci il tarixində Bakı İnzibati Məhkəməsində hakim Aysev Almazovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, qanuni təmsilçisi Əliyev Vahid Hənifə oğlu olan "ABA Logistics" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 64280.63 manat vergi borcu var.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay