BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.6236
  • TRY
    0.0485
  • GBP
    2.1397
61763

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər mövqedə çalışan əməkdaşları üçün təşkil edilən "Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi Proqramı" başa çatıb. Bu münasibətlə ADA Universitetində yekun tədbir  keçirilib, iştirakçılara sertifikatları təqdim edilib.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, şirkətlərin inkişafı insan resurslarının potensialından asılıdır. Sevindiricidir ki, Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının inkişafını təmin etmək üçün onları iş mühitindən universitet mühitinə keçid etməyə təşviq edib. ADA Universiteti isə onları uzunmüddətli öyrənmə prosesinə cəlb edib. İştirakçılar isə öz növbələrində Şirkətin gələcəyini qurmaq, onu qabağa aparmaq üçün əhəmiyyətli olan, dövrün tələbləri ilə uzalaşan bacarıqlar əldə ediblər.

Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş İcraçı Direktoru Aydın Talıbov çıxışında vurğulayıb ki, ötən illər ərzində şirkət tərəfindən əməkdaşların bilik və bacarıqlarının, həmçinin təcrübələrinin artırılması ilə bağlı təlim proqramlarında iştiraka xüsusi önəm verilib. Adətən əməkdaşların bənzər təlimlərdə iştirak üçün xarici ölkələrə göndərildiyini deyən Aydın Talıbov ADA Universiteti ilə tanışlıqdan sonra belə təlimlərin ölkəmizin hüdudları daxilində də yüksək səviyyədə verilə bilməsindən məmnunluğunu ifadə edib.

Daha sonra, Proqram iştirakçılarından İnsan Resursları direktoru Ziya Rəcəbov və "OBA" Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova təəssüratlarını bölüşərkən söyləyiblər ki, sözügedən proqram universitet-sənaye əməkdaşlığının uğurlu nümunələrindən biridir, insan kapitalına qoyulan səmərəli investisiyadır.

Təlimçi qismində fikrlərini bölüşən Şəmsiyyə Mustafayeva  deyib ki, intensiv seanslar vasitəsilə liderliyin müxtəlif ölçüləri araşdırılıb, iştirakçılara nəzəriyyənin praktiki tətbiqinə cavab verən zəngin öyrənmə mühiti təqdim edilib.

 Qeyd edək ki, rəhbər mövqedə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təşkil edilən bir illik proqram 600-dan çox dərs saatını əhatə edib.

7 modul üzrə iştirakçılar emosional zəka, strateji planlaşdırma, liderlik, idarəçilik, kommunikasiya və digər bacarıqlarını inkişaf etdiriblər.

Öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə tədris edilən modullar qrup işi, real hadisə analizi, simulyasiya kimi interaktiv formatlarda təşkil edilib.

 Xatırladaq ki, "Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi proqramı" ADA Universiteti və Veysəloğlu Şirkətlər Qrupu ilə arasındakı əməkdaşlıq memorandumdan irəli gələrək həyata keçirilib.

 ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Silk Vey Vest" 20 milyon dollar borc axtarır

"Silk Vey Vest" 20 milyon dollar borc axtarır

İlham Əliyev Azərbaycanın Qətərdəki səfirini geri çağırdı - SƏRƏNCAM

Bu metrostansiyanın tikintisi dayandırılıb - Pula görə...

İnvestisiya layihələri dəyərinə görə təsnifləşdiriləcək

İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib

İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb

III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

Direktor olmaq istəyən xanımın 98 min manatını mənimsədilər - TƏFƏRRÜAT

11 ayda Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollar olub

Ağalı kənd məktəbinə yeni direktor təyin olunub

Avropa İnvestisiya Bankı ilk dəfə Azərbaycanda dövlət sektoruna kredit ayırıb

Hərracda gəmi və qayıqlar satılacaq - 3 MİN-3 MİLYON MANAT

Aqrar ixracdan əldə olunan daha 41,3 milyon dollar Azərbaycana qaytarılıb

AMB investisiya şirkətlərinin və bankların əməkdaşlarının investisiya fəaliyyətini məhdudlaşdırıb

"ATEF Şirkətlər Qrupu" alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Multimilyonçu işsizlikdən bezib köhnə peşəsinə qayıtdı

Qəzalı körpünün söküntüsünə başlanılıb - VİDEO

Baş Prokurorluğa yeni səlahiyyət verilir

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində 3-cü görüş baş tutdu

Bakıda müəllimlər nə qədər maaş alır? - AÇIQLANDI

Türkiyədən Azərbaycana gətirilən məhsullar və çəkilən xərc - TAM SİYAHI

Türkiyədən Azərbaycana gətirilən məhsullar və çəkilən xərc - TAM SİYAHI

Polis saxta valyuta ilə alqı-satqı edən 4 nəfəri saxladı

Qiyabi təhsil alan tələbələr təhsil krediti ala bilər? - Sədr AÇIQLADI

“Expressbank”da yeni TƏYİNAT

"Bitcoin" və altkoinlər düşməkdə davam edir: zərər 1 milyard dolları keçdi

Azərbaycanda fəaliyyət göstərən bankların vaxtı keçmiş kreditlərinin həcmi - SİYAHI

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi - Ölkələr

Hər ay Azərbaycana xaricdən 120 min smartfon gətirilir - Hansı ölkələrdən və neçəyə alınır?

Hər ay Azərbaycana xaricdən 120 min smartfon gətirilir - Hansı ölkələrdən və neçəyə alınır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin