Azərbaycanda "Huawei" məhsullarının problemləri bitmir - Şikayət
Azərbaycanda "Huawei" telefonları və planşetləri alan şəxslər ciddi problemlərlə üzləşirlər.
Buna səbəb ABŞ hökumətinin qoyduğu sanksiyalar üzündən "Huawei"yə məxsus tətbiqlərin "Google Play"dən silinməsindən sonra yaranan çoxsaylı məhdudiyyətlərdir.
2019-cu ildə ABŞ hökuməti "Huawei" şirkətini milli təhlükəsizlik səbəbləri ilə əlaqədar qara siyahıya daxil etdi. Bu addım nəticəsində ABŞ-ın texnologiya şirkətləri, o cümlədən "Google", "Huawei" ilə əməkdaşlıq etməyi dayandırmalı oldu. Bu qərarın nəticəsi olaraq "Huawei" cihazları "Google Play" və digər "Google" xidmətlərinə (məsələn, "Gmail", "YouTube") çıxışını itirdi.
"Huawei" bu məhdudiyyətləri aradan qaldırmaq üçün öz platformalarını inkişaf etdirməyə başladı. Şirkət "Google Play" əvəzinə "AppGallery" adlı öz tətbiq mağazasını istifadəyə verdi. Həmçinin, "HarmonyOS" adlı öz əməliyyat sistemini yaratdı.
Bununla belə, "Huawei" istifadəçiləri bəzi populyar tətbiqləri quraşdırmaq üçün alternativ üsullara və ya üçüncü tərəf mağazalarına müraciət etmək məcburiyyətində qalır. Bu da mox vaxt əlavə problemlərə yol açır.
Azərbaycandakı alıcılar da tez-tez uyğun problemlərlə üzləşir.
Valyuta.Az-a danışan A.İ. adlı vətəndaş Bakıda iki il əvvəl elektronika məhsullarının satışını həyata keçirən məşhur mağazadan "Huawei" planşeti alıb. Hazırda sözügedən planşetdə "Huawei Store" proqramının yüklənməsi ilə bağlı çətinliklə üzləşdiyini bildirir.
Problemin həlli üçün həmin mağazaya yaxınlaşan müştəriyə həmin proqramın təkrar yüklənməsi üçün əlavə ödəniş tələb olunub. Ən maraqlısıdı da budur ki, proqram yükləndikdən sonra planşetin işləyəcəyinə də təminat verə bilməyəcəyini bildiriblər.
Çarəsiz qalan müştəri indi nə edəcəyini bilmir. Elə biz də...
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay