BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
61629

 "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu hansı hallarda işçilərə iş yerində fasilələr verilməsi və işin dayandırılıması ilə bağlıdır.

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

Belə ki, açıq havada aşağı temperatur və şiddətli külək şəraitində, eləcə də ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyən işçilərə qızınmaq üçün fasilələr verilir. Hədsiz soyuq olan hallarda isə müəyyən müddətə iş dayandırılır. Belə hallarda fasilələrin verilməsi qaydası müəssisə-daxili intizam qaydalarına müvafiq olaraq müəyyənləşdirilir.

Daha aydın dildə desək, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara qanunvericilikdə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü də həmçinin bu Məcəllədə nəzərdə tutulub. Belə ki, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. (Əmək Məcəlləsinə 2-ci əlavə)

Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.

İşçi hansı halda əmək fəaliyyətini yerinə yetirməkdən imtina edə bilər?

İlin soyuq vaxtlarında işləmək, işçinin orqanizminə ciddi zərər vurarsa, o, işdən imtina edə və işəgötürəndən onu başqa işə keçirməyi tələb edə bilər. İşəgötürənin buna imkanı olmadıqda, qızdırılmayan qapalı binalarda işçinin işləməsi üçün minimum iş şəraiti yarada bilmədikdə, işi müvəqqəti dayandıra bilər. İşəgötürən belə vəziyyətdə məcburən işçiləri işlədə bilməz.

Qeyd edilənlərlə yanaşı işəgötürən qızınmaq və ya sərinləmək üçün işçilərə xüsusi təchiz edilmiş yer verməyə borcludur. İlin soyuq vaxtlarında açıq havada və ya isidilməyən binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi məcburidir.

Fasilələr vaxtı əmək haqqının ödənilməsi:

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək mübahisəsi yaranarsa, nə etməli?

Bu zaman yaranan əmək mübahisələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həll edilməlidir. Göstərilən orqanlar mübahisəni həll edə bilmədikdə, tərəflər məhkəməyə müraciət etmək hüququna malikdirlər.  Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması zamanı əmək haqqının ödənişi sistemində Əmək Məcəlləsinin normalarından kənaraçıxma halları müşahidə edilərsə, onda tərəflər əmək mühafizəsinə nəzarət edən orqanlara (Dövlət Əmək Müfəttişliyi Xidməti), həmkarlar ittifaqı təşkilatına və ya məhkəməyə müraciət etmək hüququna malikdirlər.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin bir nəfəri ayda 480 manat pul xərcləyir

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

Bu hallarda əməkhaqqından tutulmalar ola bilər

2024-cü ilin ən pis aviaşirkətləri açıqlandı

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

İşçilərə bu hallarda fasilələr verilir

Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal edilib

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

Dövlət Gömrük Komitəsinin 32 vakant vəzifəsinə 628 nəfər müraciət edib

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin