
17.12.2024 / 17:20
"Gilan Tekstil Park" cərimələnə bilər
61601
"Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnə bilər.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (On beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılması) maddəsi ilə inzibati iş başlanıb.
İşə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Günel İsmayılovanın sədrliyi ilə baxılacaq.
499.1.1-ci maddəyə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay