Xəbər
17.12.2024 / 19:23
"General Təchizat və Servis" şirkəti də etibarsız təchizatçı çıxdı
61579
Dövlət satınalmalarında fəal iştirak edən daha bir şirkət etibarsız təchizatçılar siyasıhısına salınıb.
Valyuta.az xəbər verir ki, "General Təchizat və Servis" MMC öhdəliklərini yerinə yetirmədiyinə görə etibarsız təchizatçı kimi 10 dekabr 2024-cü ildən növbəti ilin müvafiq dövrünə kimi satınalma müsabiqələrində iştirak edə bilməz.
Məlumat üçün deyək ki, "General Təchizat və Servis" şirkəti cari ildə 12 satınalma müqaviləsi bağlayıb. Müqavilələr abadlıq işləri, kondisionerlərin təmiri, dəftərxana məhsullarının və maşın ehtiyatlarının satın alınması, "müxtəlif xidmətlər" və rəmit işləri ilə bağlıdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay