BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7864
  • RUB
    1.6402
  • TRY
    0.0486
  • GBP
    2.1554
61486

Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

Valyuta.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı - 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.

Qeyd edilib ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması Azərbaycanın dayanıqlı inkişafının hədəflərindəndir. Bu məqsədlə ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü'nün təsdiq edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli 4265 nömrəli Sərəncamında "BakuBus” MMC üçün elektrik mühərrikli avtobusların alınması ilə bağlı 2024-cü il dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş və həmin avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək təchizatçıdan alınması tapşırılıb. Həmçinin qarşıdakı illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub. Eyni zamanda Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə elektrik avtobusların yerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılması istiqamətində işlər aparılmaqdadır.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"General Motors"un "qızıl illər"indən geriyə qalanlar - "CNN"

"UniCredit" "Commerzbank"dakı payını 28%-ə çatdırdı

"Texnolife.az" şirkətinə tender qadağası - Öhdəliklərini yerinə yetirməyib

Cari əməliyyatlar üzrə mənfi saldo: ABŞ iqtisadiyyatı üçün yeni rekord - "Bloomberg"

Cari əməliyyatlar üzrə mənfi saldo: ABŞ iqtisadiyyatı üçün yeni rekord - "Bloomberg"

"Bank BTB" məhkəməlik oldu

“MilliKart”ın nizamnamə kapitalı azaldılır

Xaricə satdığımız elektrik enerjisi 45% ucuzlaşıb - Gəlirdə 300 milyona yaxın azalma

Azərbaycanda bu qurum ləğv edildi

"Uni Ko" inzibati məsuliyyətə cəlb edilib

Əhali elektrik malları və mebel alışına 2,6 milyard manat xərcləyib - 156 milyonluq artım

Regionların inkişafı ilə bağlı yeni dövlət proqramında nələr əks olunmalıdır?

Naxçıvanda 1,7 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb

2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək

Məhşur klub "Qarabağ"ın futbolçusuna 2 milyon avro təklif edir

Kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri azaldılıb

Agentliklə fermer təsərrüfatı arasında lizinq mübahisəsi

Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar

Quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək

Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayrılıb

Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

Banka getdi, sualına cavab vermədilər - "VTB Bank"dan narazılıq

“Azərsu” rəhbərliyinin illik qazancı məlum olub

“Azərsu” rəhbərliyinin illik qazancı məlum olub

"Honda" və "Nissan" birləşmək barədə danışıqlar aparır

Rəhbərin psixoloji durumu iş və işçilər üçün önəmlidir

Rəhbərin psixoloji durumu iş və işçilər üçün önəmlidir

Azərbaycanda turistlər üçün sərfəli avtomobil kirayəsi: “Get Rent a Car”

Azərbaycanda turistlər üçün sərfəli avtomobil kirayəsi: “Get Rent a Car”

Kirayə pulu ödəyərək sonradan mənzilə necə sahib olmaq olar?

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Sabahın hava proqnozu

Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin