BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7789
  • RUB
    1.619
  • TRY
    0.0486
  • GBP
    2.1528
61190

Kirayədə qalanların qarşılaşdıqları əsas problemlərdən biri ev sahibinin onları yaşayış yerindən nə vaxtsa çıxarmaları olur. Aydın məsələdir ki, artıq uyğunlaşmağa başladığı evdən çıxmaq şəxsi yenidən eyni prosesi təkrarlamağa - yaşayış yeri axtarmağa, vaxt itkisinə vadar edir.  

Bəs qanunla ev sahibi kirayəçi ilə bağladığı müqaviləni hansı hallarda poza bilər?

Valyuta.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Mülki Məcəlləyə əsasən, yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Yəni tərəflərin hər birinin müqaviləni ləğv etmək hüququ var. Həmçinin yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın da qüvvəsi yoxdur.

Qanunvericiliyə görə, kirayə müqaviləsinə onun bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, tərəflərdən biri müqavilənin ləğvinə dair bildiriş verə bilər. Bildiriş yazılı formada verilməlidir və müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 

Həmçinin kirayəyə verənin müqaviləyə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır:

- Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;

- Kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda və digər hallarda.

Kirayəyə verən özü yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayə müqaviləsini özünün marağı olmadan da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun tətbiq edilir.

Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən də aşağıdakı hallarda kirayə müqaviləsini ləğv edə bilər:

- Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;

- İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

Ümumilikdə isə tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən ciddi şəkildə pozursa, müqavilə xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. 

Lakin bütün bu hallar kirayə verənlə kirayəçi arasında müqavilə bağlandığı halda qüvvədədir. Təcrübədə isə sözügedən tərəflər daha çox öz aralarında olan şifahi razılaşmaya üstünlük verirlər. Bu isə yaranan mübahisələrin hüquqi çərçivədə həllinə imkan yaratmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sahibkarların riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və çıxarılması - YENİ QAYDALAR, ŞƏRTLƏR

Əmək qabiliyyəti müvəqqəti itirilibsə, yardım almaq olur? - CAVAB

Ofisiantlar nə qədər vergi ödəyirlər?

MKİS-lər vətəndaşlardan mənzil haqqı yığa bilər?

Kirayənişin bu hallarda evdən çıxarıla bilər

Himayəsində əlil övladı olan işçilər attestasiyadan azad oluna bilər?

“80-dən çox ölkəyə Azərbaycan pasportu ilə gediş-gəliş mümkündür”

Süni intellektin "dünya modelləri" və onların əhəmiyyəti

"Șahdəniz"dən bu günədək çıxarılan kondensat və qazın həcmi açıqlanıb

Azərbaycanda ilk dəfə Paxlava və Şirniyyat Festivalı keçirilib (FOTO)

Bakıda yeni avtobus marşrutu istifadəyə verildi

Balın qiyməti kəskin arta bilər: Həşəratlar təsərrüfata ciddi ziyan vurur (VİDEO)

Bu il yaşayış evlərinin tikintisinə 2,1 milyard manat sərf olunub

"Rusiyanın neft gəlirlərini azaltmaq yolunda səylərimizi davam etdirəcəyik" - Xəzinə katibi

"X" platformasında "Grok 2" hamı üçün pulsuz istifadəyə verildi - "Bloomberg"

Qlobal elektromobil bazarı: Avropanın tənəzzülü fonunda Çinin tərəqqisi - "Euronews"

C.Koreyadan iqlim texnologiyalarına 2,7 trilyonluq sərmayə

Məşhur milyarderdən tövsiyə: "Rəqəmsal qızıla - "Bitcoin"ə - keçin"

Bu sahəyə ayrılan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır

"Pizza.com" domenini 20 dollara satın alaraq milyonçu olan adam - SƏHƏR OXUSU

"Pizza.com" domenini 20 dollara satın alaraq milyonçu olan adam - SƏHƏR OXUSU

İctimai nəqliyyat vasitələrimiz buzlu yollara hazırdırmı?

"Mango"nun qurucusu dağ gəzintisində dünyasını dəyişdi

"Mango"nun qurucusu dağ gəzintisində dünyasını dəyişdi

Elektrik benzinə qalib gələ bilmir

Akselerasiya proqramları çərçivəsində 65 startap MVP səviyyəsinə çatıb

"Tesla" səhmləri "Tramp effekti" ilə rekord həddə çatdı - "Yahoo Finance"

"BMT"nin demoqrafiya proqnozları - 10 milyardı keçəcək

ABŞ-da "TikTok" üçün geri sayım başladı - "Reuters"

İxtisası yaratdıq, qaldı kadrı tapmaq

General Aqşin Kazımova yeni vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin