BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
60837

“Cənnət Park” MTK ilə “Biləcəri Təmir Quraşdırma” QTSC arasında 10 ilə yaxındır ki, davam edən məhkəmə mübahisəsi bitmək bilmir.

“Qafqazinfo”ya müraciət edən “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayev bildirib ki, məhkəmə prosesi artıq 3-cü dəfədir Konstitusiya Məhkəməsinədək uzanır.

O, qarşı tərəfin müxtəlif vasitələrdən istifadə edərək işi uzatdığını deyib: “30.06.2014 -cü il tarixdə “Cənnət Park” MTK ilə “16 nömrəli İnşaat-İstehsalat Təsərrüfat” Tresti arasında 2.099.200 manat məbləğində borc müqaviləsi imzalanıb. Borc məbləği ödənilmədiyindən 13.07.2016-ci il tarixdə notarial qaydada “borcun əvəzləşdirilməsinə” dair müqavilə bağlandı. Həmin müqaviləyə əsasən, borcun əvəzi olaraq Trestə məxsus olan 2200 ədəd ümumi çəkisi 2624 ton (1 ton-800 manat) dəmir boru rəhbərlik etdiyim MTK-ya verilib. Lakin Trestin “Biləcəri Təmir Quraşdırma” QTSC-yə də borcu olub və bu barədə məhkəmə qətnaməsi qəbul olunub. Bu səbəbdən QTSC-nin cavabdehlər Trestə və “Cənnət Park” MTK-ya qarşı borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib, qətnamə qanuni qüvvəsini alıb”.

Q.Fətullayev bildirib ki, rəhbəri olduğu “Cənnət Park” MTK-ya məxsus olan borular əsassız olaraq QTSC-nin sahibliyində olub və bu səbəbdən uzunsürən məhkəmə prosesləri başlayıb: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qətnaməsi ilə “Cənnət Park” MTK-nın cavabdehlər QTSC və Trestə qarşı iddiası ilə 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması, QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat və 30 manat dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq MTK-ya ödənilməsi qət edilib. Cavabdeh QTSC apellyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayəti təmin edilmədi. Cavabdeh QTSC növbəti mərhələdə kassasiya şikayəti verdi və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30.01.2019-cu il tarixli qərarı ilə QTSC-nin kassasiya şikayəti təmin edilmədi”.

Şikayətçi bildirir ki, buna kimi bütün məhkəmə instansiyaları işə hüquqi qiymət verərək onların xeyrinə qərarlar qəbul edib. Lakin sonra “Biləcəri Təmir Quraşdırma” QTSC  Konstitusiya Məhkəməsinə müraciət edib və gözlənilmədən qarşı tərəfin lehinə qərar qəbul edilib: “Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin qərarı ləğv edildi və iş yenidən baxılmağa göndərildi. Bakı Apellyasiya Məhkəməsi də 25.02.2021-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayətini təmin etmədi. Həmçinin Ali Məhkəmə də QTSC-nin kassasiya şikayətini təmin etmədi”.

İş adamı qeyd edir ki, qarşı tərəf ikinci dəfə məsələni Konstitusiya Məhkəməsində mübahisələndirib: “Konstitusiya Məhkəməsinin 07.02.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmə qərarı ləğv etdi və işi yenidən baxılmaq üçün göndərildi. Bakı Apellyasiya Məhkəməsi 19.09.22-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayətini təmin edir və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qətnaməsi ləğv edir. Beləliklə iddianı təmin etmir. Həmin qətnamədən isə təmsil etdiyim “Cənnət Park” MTK tərəfindən kassasiya şikayəti verildi. Bu dəfə Ali Məhkəmənin 11.05.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edildi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməsi ləğv olunur, yeni qərar qəbul edilir. İddia tələbi qismən təmin olunur. Cavabdeh “Biləcəri Təmir Quraşdırma” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğ “Biləcəri Təmir Quraşdırma” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, 1614 ədəd borunun cavabdeh “Biləcəri Təmir Quraşdırma” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı “Cənnət Park” MTK-ya qaytarılması qət edilir”.

Q.Fətullayev bildirib ki, bundan sonra QTSC 3-cü dəfə Konstitusiya Məhkəməsinə müraciət edib: “Konstitusiya Məhkəməsi bizə bəlli olmayan səbəblərdən bu işi yenidən, özü də 3-cü dəfə icraatına qəbul edib və bir ilə yaxındır ki, işi icraatında saxlayaraq hərəkətsizlik göstərir. Azərbaycan məhkəmələri ədaləti və qanunu rəhbər tutduğundan “Cənnət Park” MTK bu işi 3 dəfə Ali Məhkəmədə udub. Görünən odur ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirov Konstitusiya Məhkəməsinin qərarına təsir edə bilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" ucuz saatlarının dizaynını yeniləyəcək

Avtomobil satışlarında bir ilk: "Tesla" "Audi"ni geridə qoydu

161 il əvvəl süni intellektin təhlükəsini proqnozlaşdıran çoban: "Biz onlara hər gün daha çox güc veririk"

"JPMorgan"dan Trampın gömrük rüsumlarına dəstək

"Apple Intelligence" iPhone satışlarını artırmadı - Səbəb nədir?

Bu il daha çox şagird tələbə olacaq – Qəbul balları qalxacaq?

"Goldman Sachs"dan məzənnə proqnozu - "Bloomberg"

Çinin ən böyük dövlət şirkətlərinin mənfəət azalması

Rektorun bankı dövlət qurumunu və yerli şirkəti məhkəməyə verdi

Trampın "Qrenlandiya təhdidi": dörd mümkün ssenari - "BBC"nin araşdırması

"Holcim" inzibati məsuliyyətə cəlb edildi

Trampın təhdidləri işə yaramadı: Çinin ixracatı rekord həddə çatdı

"FGF Group" MMC-ə cərimə protokolu yazılıb

Aİ-nin ən böyük pensiya fondu İlon Maska görə "Tesla"dakı payını satdı

Dünyanın ən isti ili - 2024

Milli Məclis avtomobil təmiri ilə bağlı 1,6 milyonluq tender elan etdi

"Nokia" smartfon bazarından tamamilə çəkildi

"Nokia" smartfon bazarından tamamilə çəkildi

"Qazprom"da kütləvi ixtisar: Mərkəzi ofisindən 2500 nəfər işdən çıxarılacaq

"Termo Mexanik" şirkəti inzibati məsuliyyətə cəlb edilib

İrandan gələn tonlarla məhsulda GMO aşkarlandı

Əbu-Dabidə Azərbaycan və BƏƏ prezidentlərinin görüşü olub (FOTO)

"Apple"a qarşı növbəti məhkəmə Britaniyada qurulur - "The Guardian"

​Suriyada qadağalar ləğv edildi: Mağazalarda "Pepsi", "Snickers" satılır

Azərbaycanda 2 milyon manata gəmi satılır

Kim plastik cərrah işləyə bilər? - AÇIQLAMA

Türkiyədə yeni doğulan körpələrə verilən dövlət yardımının məbləği artırıldı

300-dək təmirli mənzil satışa çıxarılır - Aylığı 448 manatdan

300-dək təmirli mənzil satışa çıxarılır - Aylığı 448 manatdan

Azərbaycanda iki universitetə 27 milyon manat ayrılıb

"NLT TELEKOM" 10 min manatədək cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin