607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı
Dövlət satınalmalarında fəal iştirak edən "Vedi Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti etibarsız təchizatçı elan olunub.
Valyuta.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Vedi Construction” Məhdud Məsuliyyətli Cəmiyyətini etibarsız təchizatçıların siyahısına salıb.
MMC bu ilin noyabrından gələn ilin müvafiq dövrünə qədər satınalmalarda iştirak edə bilməz.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 2017-ci ildə “Vedi Trade and Consulting LTD” adı ilə təsis edilib.
2021-ci ildən isə "Vedi Construction” adlandırılıb. Nizamnamə kapitalı 500 AZN olan şirkətin qanuni təmsilçisi Əliyev Emin Eldar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. "Vedi Construction" MMC əsasən təmir, abadlıq və quruculuq işlərinin satın alınması ilə bağlı tenderlərin qalibi olub. Bu tenderləri müxtəlif dövlət qurumları keçirib. Şirkətin hazırda 607 487,58 AZN vergi borcu var.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay