Mərkəzi Bank "tender kralı"nı inzibati məsuliyyətə cəlb etdi
Mərkəzi Bank "tender kralı" kimi tanınan "ELVİ.M.M Services Group" şirkətini inzibati məsuliyyətə cəlb edib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilib.
"ELVİ.M.M. Services Group" şirkəti 2024-cü ildə 7 tenderin qalibi seçilib. Bu tenderlər əsasən elektrik mallarının satın alınması, tədbirlərin keçirilməsi, təmir-bərpa işləri, məşiət və təsərrüfat mallarının alınması ilə bağlı keçirilib.
Keçirilən tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 3 586 006,76 manatdır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay