BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
59198

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası “Global Witness” beynəlxalq qeyri-hökumət təşkilatının COP29-a qarşı həyata keçirdiyi hibrid hücumla bağlı açıqlama yayıb.

APA xəbər verir ki, açıqlamada deyilir ki, noyabrın 8-də “Global Witness” adlı beynəlxalq QHT apardığı “araşdırma” ilə bağlı iki xəbər yayıb: "“COP rəsmiləri gizli araşdırma zamanı saxta sərmayəçi üçün qalıq yanacaqla bağlı danışıqları asanlaşdırır” və “COP29 neft sövdələşmələri üçün” başlıqlı yazılarda COP29-un baş icraçı direktoru Elnur Soltanovla videokonfrans formatında keçirilmiş görüşə istinad olunaraq beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşılmışdır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın aidiyyəti qurumlarla birgə araşdırması nəticəsində məlum olmuşdur ki, doğrudan da cari il sentyabrın 13-də Elnur Soltanovla özünü Honkonqda yerləşən şirkətin nümayəndəsi kimi təqdim edən Steven Li adlı şəxs arasında “Zoom” platforması vasitəsilə danışıq baş tutmuşdur. Eyni zamanda, həmin görüşün video qeydinin aparılması ilə bağlı qarşı tərəf E.Soltanova xəbərdarlıq etməmişdir.
Müəyyən olunmuşdur ki, “Global Witness” qeyri-hökumət təşkilatları tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini xatırladan metoddan istifadə edərək, hüquqi nəticələr yaradan hərəkətlərə yol vermişdir.

Belə ki, “Global Witness” COP29-u hədəf alaraq, qanunla qadağan olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə edərək “EC Capital Holdings” adlı saxta şirkət, onun veb-səhifəsini (www.eccapitalholdings.com) və Steven Linin “Linkedin” platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə əlaqəyə girmiş və bir sıra rəsmilərin etibarından sui-istifadə edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının iştirakçısı olmuşdur".

Qeyd olunub ki, bu əməliyyatda “Global Witness”-ə informasiya dəstəyi “BBC“ tərəfindən verilib. “BBC”-nin “COP29-un baş icraçı direktoru qalıq yanacaq sövdələşmələrini təbliğ edərkən lentə alınıb” başlıqlı məqaləsində “Global Witness” tərəfindən çəkilişin gizli aparıldığı etiraf edilir, eyni zamanda, qərərsiz jurnalistika prinsiplərinə zidd olaraq, görüşün bir hissəsi paylaşılır və bununla da informasiya manipulyasiyasına yol verilir:
"Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya “Global Witness” və “BBC” tərəfindən aparılan bu fəaliyyətləri hibrid hücum kimi dəyərləndirir və məsələnin daha dərindən araşdırılması üçün bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin