BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
59168

Sellofan torbaları niyə qadağan edə bilmirik?

Azərbaycanda son illər ən çox müzakirəyə səbəb olan qərarlardan biri də sellofan torbaların marketdə pullu olmasıdır. Əslində bu, ekologiyaya fayda vermək məqsədilə həyata keçirilsə də, hələ tam məqsədinə çatmayıb.

Polietilen paketlərin və plastik qabların istehsalı təxminən 35 il əvvəl başlanıb. Amma Azərbaycanda bu, SSSRİ-nın dağılmasından sonra insanların məişətinə daxil olub. O vaxtlar ekoloji və maddi baxımdan daha sərfəli olan kağız və parça torbalar, şüşə qablar istifadə olunurdu. İndi isə tərəvəzdən tutmuş, kitaba, paltara qədər hər şeyi polietilen torbalarda və plastik qablarda alırıq. Mağazalarda təklif edilən məhsulların demək olar ki, 99%-i polietilen və plastik qablaşdırmadadır. İndi bir çoxumuz sellofan torbaların olmadığı bir həyat düşünə bilmirik.

Əksər inkişaf etmiş ölkələr artıq sellofan torbalardan istifadənin azaldılması istiqamətində xeyli yol qət ediblər. Azərbaycanda isə qanunvericiliyə dəyişiklik edilsə də, məsələ tam həllini tapmayıb. Belə ki, ölkəmizdə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir.

Bəs imtina edən ölkələr hansılardır? Yunanıstan polietilen torbalardan 75 faiz imtina edib, 2025-dək bu hədəf 95 faizədək planlanıb. Hazırda dünyanın 60-dan çox ölkəsində plastik torbalardan istifadə qaydaları mövcuddur. Son illərdə Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrikada da plastik torbalar ödənişli satılır.

Ümumiyyətlə, dünyada ilk dəfə 2002-ci ildə Banqladeşdə tətbiq edilən bu qadağa ən sərt Keniyada hökm sürür. Bu ölkədə 2017-ci ildə qüvvəyə minən qanuna görə, plastik torbalardan istifadə edən, istehsal edən və ya satanları 4 ilə qədər həbs və ya 38 min dollara qədər cərimə gözləyir. Plastik torbalardan istifadəni qadağan edən ölkələrin təxminən yarısı Afrikadadır.

Qadağa tətbiq edilən ölkələrdən olan Danimarka və Finlandiyada adambaşına illik sellofan istifadəsi 4 ədəddir. Sözügedən qadağa İrlandiyada 2002-ci ildə bu rəqəm 328 ədəd olarkən tətbiq edildi, amma hazırda adambaşına 18 ədədə qədər azalıb.

Araşdırmalar üzə çıxarıb ki, ərzaq məhsulları sellofan torbalarda öz keyfiyyətini itirir və tibbi baxımdan da bu, qəti qadağandır. Ticarət mərkəzlərində, marketlərdə istifadə olunan plastik torbalar torpaqda 80-90 il qalır, çürümək bilmir və olduqca böyük ziyan vurur. Ekologiyaya vurduğu zərərə görə onlardan gündəlik ticarətdə istifadə edilməsi tamamilə qadağan edilməlidir. Bu işin öhdəsindən gəlmək üçün mütləq dövlət səviyyəsində sellofan torbaların istehsalına qadağa qoyulmalıdır. Böyük cərimələr verilməlidir. Onun əvəzinə kağız torbalardan, müəyyən taxta məmulatlarından hazırlanmış qablaşdırıcı əşyalardan istifadə edilməsi məqsədəuyğundur. Sellofan torbalarda saxlanılan ərzaq məhsullarında müəyyən bakteriyaların əmələ gəlməsi, çürümə prosesi 1-in 1000-ə nisbətində daha çoxdur. Çürümə daha sürətli gedir. Bütün bunları nəzərə aldıqda görürük ki, insan orqanizminə ciddi mənfi təsir göstərir və qida məhsullarının daşınmasında, saxlanılmasında istifadəsi tibbi cəhətdən yolverilməzdir.

İnsan sağlamlığı ilə paralel  olaraq, sellofan torbalardan istifadə və təbiətə  hər il tonlarla zərərli tullantıların atılması çox ciddi problemdir. Onlardan istifadə dövlət səviyyəsində qadağan olunsa da hər hansı bir nəticə görünmür. Çünki bu, çox böyük biznes maraqları məsələsidir. Sovet dövründə belə idi ki, bütün plastik su qabları, polietilen torbalar yığılırdı və onları qəbul məntəqələri vardı. Əsasən də azyaşlı uşaqlar bununla məşğul olurdu. Onlar xərcliklərini  valideynlərindən istəmirdilər, evdə nə tullantı, plastik su qabları, sellofanlar  vardısa yığıb aparıb satırdılar və onlar təkrar emala cəlb olunurdu. Beləliklə, təbiətə tullanmırdı, indi isə artıq bu sərfəli deyil, çünki onların qəbulu üçün ödənilən vəsait baha başa gəlir. Bu səbəbdən də artıq qəbul məntəqələri yığışdırılıb. Yalnız yeni məhsul istehsalı aparılır və daha çox təbiətə tullantı axını yaranır. 

Bu gün istifadəsi olduqca geniş yayılan sellefon torbaların ixtiraçısı İsveç alimi Sten Gustaf Thulindir. 2019-cu ildə BBC-yə müsahibə verən Sten Thulinin oğlu Raoul Thulin bu sözləri demişdi: “Atam plastik paketi ətraf mühiti qorumaq üçün hazırlamışdı. Bir dəfə istifadə edib atıldığını görsə, çox təəccüblənər”.

Və daha bir araşdırma. Amerikada aparılan ən son araşdırma ekoloq alimlərin böyük reaksiyasına səbəb olub. Araşdırma nəticəsində məlum oldu ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərərin miqyası hesaba gəlməyəcək qədər çoxdur.

Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir.

Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək” adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axınını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.

Dənizə atılmış sellofan torbaları delfin, balina, çanaqlı bağalar və bu kimi bir çox dəniz heyvanları yemək sanıb yeyirlər. Bu da onların həzm sistemlərinin pozulmasına gətirib çıxarır və ölümlərinə səbəb olur.

Bundan başqa, sellofan torbalar şəffaf olduqları üçün, bir binanın istixanasındakı bütün istiliyi əməcək qədər gücü var, bu istiliyi əmən polietilen torba isə yanğına səbəb ola bilir. Bu torbalar içərisində saxlanan bütün növ qidaların vitaminlərini də məhv etmə gücünə malikdir.

© Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin