BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
59029

Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib. 

Sığorta ödənişi ilə bağlı iddia müddətindən bəhs edən qərarın mahiyyətini təqdim edirik.

Qərarda deyilir ki, sığorta ödənişi ilə bağlı iddia müddəti 2019-cu il 26 mart tarixində sığorta obyektində yanğın hadisəsi baş verib, həmin gün fakt üzrə iddiaçı da daxil olmaqla bir sıra şəxslər barəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, iddiaçı hadisədən dərhal sonra qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət edib.

Lakin cavabdeh tərəfindən sığorta ödənişi verilməyib, habelə sığorta ödənişinin verilməsindən imtina barədə yazılı əsaslandırılmış bildiriş göndərilməyib.

İddiaçı barəsində cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar 2021- ci il 17 mart tarixdə xitam verildikdən sonra cavabdehə 2022-ci il 18 oktyabr tarixli pretenziya məktubu ünvanlayıb, 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına müraciət edib, 2022-ci ilin 3 noyabr tarixində isə məhkəmədə iddia qaldırılıb. Cavabdeh 3 illik iddia müddətinin ötürülmüş olması səbəbindən iddia müddətinin tətbiq olunmasına dair ərizə verib. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanıb ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə cavabdehə məlumat vеrib və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunub, lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilib, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunub. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 3 noyabr tarixində müraciət edib, bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olub.

Məhkəmədə iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməyib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıb, hazırkı halda MM-in 379- cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin dayandırılması əsaslarından hər hansı birinin mövcud olmadığını bildirib. İddiaçının hüquqlarının müdafiəsi üçün Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanılmış cinayət işinin yekunlaşmasına zərurət olmadığından iddia müddətinin bağlanğıcının hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunub.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 

Qanunverici həm sığortalı, həm də sığortaçı üçün icrası məcburi olan konkret vəzifələr müəyyən etmiş, hazırkı işdə sığortalı (iddiaçı) üzərinə düşən vəzifəni icra edərək, sığorta hadisəsinin baş verməsindən sonra 1 aylıq müddət ərzində zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi ilə bağlı sığortaçıya müraciət etmiş, lakin sığortaçının (cavabdeh) özünün də bildirdiyi kimi, sənədləri aldığı gündən 7 iş günü ərzində nə sığorta ödənişi, nə də sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı bildiriş verilib. Məhkəmə kollegiyası hesab edib ki, hazırkı halda sığortalı şəxslə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi üzrə barəsində cinayət təqibi aparılan şəxsin eyni olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşmasını gözləmədən sığorta şirkəti tərəfindən sığorta ödənişi edilərsə (məhkəmə aktı əsasında) və hadisə üzrə başlanmış cinayət işinin gedişində sığortalının (faydalanan şəxsin və ya onların rəhbər işçilərinin) hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər müəyyənləşdirilərsə, bu zaman sığorta ödənişinin edilməsindən imtina üçün əsaslar olduğu halda, sığortalıya əsasız olaraq sığorta ödənişi edilmiş olacaqdı ki, qanunvericinin hadisənin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi barədə imperativ qayda qoymaqda əsas məqsədi də məhz bir şəxs barəsində biri digərini inkar edən iki məhkəmə aktının (sığortalıya sığorta ödənişi edilməsi barədə məhkəmə qətnaməsi və sığortalının baş vermiş hadisədə təqsirli bilinməsi barədə məhkəmə hökmü) mövcudluğunun qarşısını almaq və sığortalını bu kimi ziddiyyətli halların yaranmasından və onların nəticələrindən müdafiə etməkdir. 

Cavabdeh sığorta qanunvericiliyinin tələblərini pozaraq, imtina üçün əsas olmadığı halda nəinki sığorta ödənişi etməmiş, hətta sığorta ödənişi verilməsindən imtina barədə yazılı bildiriş də verməməklə sığortalını hər ikisinə məlum olan hala görə (sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşması) süni surətdə gözləmə mövqeyində arxayın saxlamış, iddiaçı tərəfindən sığorta ödənişinin verilməsinə dair tələb irəli sürüldükdə isə iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququndan istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin