Xəbər
04.11.2024 / 22:23
Keçmiş məmurun qardaşına məxsus şirkət məhkəmə qarşısında
58883
Diasporla iş üzrə dövlət komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimova məxsus "Sahil-D Kompani" şirkəti məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Şamşunov Aron Mixayloviç adlı vətəndaşdır.
İşin mahiyyəti mənzil münasibətləri üzrə mübahisələrdən ibarətdir.
İş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsi Aron Şamşunovun iddiasını təmin etmədiyinə görə o, apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xumar Mərdanova iş üzrə hakim təyin edilib.
"Sahil-D Kompani" şirkəti bir müddət əvvəl vergi və dələduzluq cinayəti ilə gündəmə gəlib. Bu iş üzrə Sahib İbrahimov da cinayət məsluyyətinə cəlb edilib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay