Xəbər
04.11.2024 / 13:55
Ramiz Mehdiyevin bankı ilə şirkət arasında kredit qalmaqalı
58860
Bank "BTB" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Qala Tekstil" şirkətini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, məhkəmə çəkişməsi kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədardır.
Bankın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Nərmin Əhmədova iş üzrə hakim təyin edilib.
Bank "BTB"nin səhmlərinin 77 faizi Mehdiyeva Nigar İsmayıl qızına məxsusdur.
Nigar Mehdiyev Prezidenti Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlinidir.
Bu səbəbdən media "BTB"ni Ramiz Mehdiyevin bankı kimi təqdim edir.
Nigar Mehdiyevanın həyat yoldaşı Timur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay