BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58842

İnsanlar öz toylarının digər toylardan fərqli, daha çox yaddaqalan, daha görkəmli olması üçün aylarla hazırlıq görürlər. Əlbəttə ki, hər şeyin yaxşısını istəmək olar. Amma hər şeyin yaxşısı heç də ucuz başa gəlmir. Bəs toyun əsas atributlarından biri olan gəlin maşınları bəyləri nə qədər xərcə salır?

Valyuta.az xəbər verir ki, Lent.az-ın əməkdaşı toy edəcək cütlüklər üçün bəy-gəlin maşınları bazarında mövcud vəziyyəti araşdırıb. 

Bəziləri gəlini öz maşını ilə gətirsə də, maşını olmayanlar məcbur olub, avtomobil icarəyə götürürlər. 

Nə qədər adi görünsə də, əslində, bəy-gəlin maşınına çəkilən xərc heç də digər toy xərclərindən geridə qalmır. 

Gəlin maşınlarının qiyməti onun markasından və saatından asılı olaraq dəyişir. Təbii ki, avtomobilin gedəcəyi ünvanların şəhər daxilin olub-olmaması da qiymətə təsir göstərir. 

Bu gün ən çox tələbat “Mercedes-Benz”in “S-class” və “Gelandevagen” modellərinədir. “S-class” modelinin yenisi günlük 700 manata, “Gelandevagen” 500 manata icarəyə verilir. 

Hazırda dəbdə olan “Rolls-Royce”-un isə kirayəsi elə də ucuz başa gəlmir. Bu avtomobilin yeni modelinin qiyməti 1000-1500 manat civarında dəyişir. 

Avtomobilləri rayona getmək üçün kirayələdikdə isə təbii ki, kilometrə görə əlavə ödəniş tələb olunur.

Düşünə bilərsiniz ki, imkanı yaxşı olmayan bəylər bu qiyməti ödəyib gəlinini toya apara bilməz. Yanılırsınız. Sözügedən marka avtomobilləri 200-400 manata kirayələmək də mümkündür.  Lakin bu qiymətə həmin markaların sadəcə köhnə modellərini tapa bilərsiniz. 

Qeyd olunan qiymətlərə bəzi kirayə maşın yerlərində bəzək və benzin daxil olsa da, digərlərində bu əlavə xidmətlər 30-50 manata başa gəlir. 

Nəysə ki kirayə qiymətləri mürəkkəb olsa da, şərtləri sadədir. Əgər sürücünü kirayə şirkəti verirsə, heç bir sənədə ehtiyac duyulmur. Maşını bəy özü idarə edəcəksə, sürücülük və şəxsiyyət vəsiqəsinin surətini şirkətə verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin