Xəbər
03.11.2024 / 18:05
Ədalət Bağırov vəzifəsindən azad edilib
58818
Azərbaycan Dəmir Yollarında kadr dəyişikliyi olub.
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Dəmiryolservis" MMC-nin direktoru Ədalət Bağırov vəzifəsindən azad edilib.
Report xəbər verir ki, şirkətə rəhbərlik Əfsələddin Gəncalıyevə həvalə olunub.
O, indiyə qədər kommersiya qurumunun baş mühəndisi olub.
Xatırladaq ki, "Dəmiryolservis" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay