DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Sosial Müdafiə Fondu”nun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Valyuta.az xəbər verir ki, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Bakı Avrasiya Universiteti (VÖEN – 1500008331) olub. DSMF Bakı Avrasiya Universitetinə məxsus 3 000 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 1 milyon 317 min 599 manat 68 qəpik (ayda 54 min 900 manat) ödəyəcək.
Qeyd edək ki, ötən il DSMF Bakı Avrasiya Universitetindən eyni məqsədlə icarəyə götürdüyü qeyri-yaşayış sahəsi üçün ayda 52 min 510 manat ödəyib.
Məlumat üçün qeyd edək ki, Bakı Avrasiya Universiteti 21.05.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 422 000 manat olan Universitetinin hüquqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev, ev 135A-da yerləşir. Bakı Avrasiya Universitetinin qanuni təmsilçisi (rektor) Hüseynli Nazim Ziyad oğludur.
Onu da bildirək ki, Bakı Avrasiya Universiteti 1992-ci ildə təsis olunan Ali Diplamatiya Kollecinin bazası əsasında yaradılıb.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay