BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8441
  • RUB
    0.0175
  • TRY
    0.0496
  • GBP
    2.2016
58724

2022-ci ildən ölkə üzrə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması prosesinə başlanılıb. Qaydaya görə, vətəndaş ev alarkən ödədiyi ƏDV-nin 30 faizini geri ala bilir. Evlərlə bağlı belə qaydanın olması yeni alınan avtomobillərlə bağlı ƏDV tələb olunmasına yol açıb. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar avtomobillər üçün də ƏDV-nin geri alınması qaydasının tətbiq olunmasını tələb edirlər.

Bəs vətəndaş avtomobil alarkən də ƏDV-si geri qaytarılmalıdırmı?

Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, ƏDV adətən geyim, elektronika və qida məhsullarından tutulur:

“Vergi Məcəlləsinin 173-cü maddəsinə əsasən, əlavə dəyər vergisinin dərəcəsi 18 faizdir. ƏDV məhsulların, malların və xidmətlərin dəyərinə əlavə edilən vergidir. Bu vergi həmin məhsulu və xidməti alan şəxslər tərəfindən dövlətə ödənilir və ödənilən ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılır. ƏDV-nin hesablanma qaydası çox sadədir. Məsələn, 2000 manatlıq məhsul almısınızsa, həmin məbləği vurursunuz 18 faizə, 360 manat edir. Əgər nağdsız ödəniş etmisinizsə, 15 faizi, yəni 54 manatı, nağddırsa, 10 faizi, yəni 36 manatı sizə geri qayıdır”. 

Hüquqşünas qeyd edib ki, avtomobil ƏDV tutulan məhsullara aid edilmir:

“ƏDV-dən azad olan məhsul və xidmətlər də var. Bunlar un məmulatları, kənd təsərrüfatı məhsulları, təhsil və səhiyyə xidmətləri və ixrac olunan məhsullardır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə görə, ƏDV-nin qaytarılması avtomobil, alkoqollu içki və tütün məmulatlarına da aid edilmir”. 

T.Abdullazadə vurğulayıb ki, evlərin ƏDV-sinin qaytarılması ilə bağlı müəyyən şərtlər var:

“Yeni tikilmiş binadan yaşayış və ya qeyri-yaşayış sahəsi mənzil almısınızsa, ƏDV-nin bir hissəsi sizə geri qaytarılmalıdır. Lakin bunun müəyyən şərtləri var. Belə ki, MTK-dan mənzil alırsınızsa, mütləq ödənişi nağdsız qaydada, yəni MTK-nın bank hesabına pulu köçürməklə etməlisiniz. Bundan başqa, ƏDV-nin geri qaytarılması üçün bina tikilib, tam təhvil verilməlidir. Bu zaman, ƏDV-nin 30 faizi sizə tam geri qayıdır.  Bu imkanlardan yararlanmaq istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portalında qeydiyyatdan keçməlidir”.

© Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeddi təhsil müəssisəsinə direktor təyin olunub

"Tether (USDT)" bir rübdə 2,5 milyard dollar qazanıb - Hesabat

"Tether (USDT)" bir rübdə 2,5 milyard dollar qazanıb - Hesabat

Mərkəzi Bankın valyuta ehtiyatı azaldı - İqtisadiyyatımızı nə gözləyir?

"Mastercard"ın III rüb üzrə hesabatı haqqında hər şey

"Mastercard"ın III rüb üzrə hesabatı haqqında hər şey

Cəbrayılın Horovlu kəndi ilə bağlı 40 milyonluq layihə

Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb

"Qarabağda torpaqları həm yerli əhali, həm də kənar insanlar icarəyə götürə biləcəklər" - Millət vəkili

Türkiyə startapı 500 milyon dollar yatırım aldı

Türkiyə startapı 500 milyon dollar yatırım aldı

Keçmiş nazirə məxsus şirkət əmək hüquqlarını pozub?

Qarabağ Universitetinin təmirinə 12 milyon manata yaxın pul xərclənib - Şirkətlərin siyahısı

Dünyaca məşhur avtomobil markalarının loqolarının mənası - BMW, Mercedes...

SOCAR İstiqrazı sahiblərinin qazancı 13 milyon dolları ötüb

Avtomobil alarkən ƏDV geri qaytarılacaq? - AÇIQLAMA

"Google"a ciddi rəqib: ChatGPT axtarış funksiyasını aktivləşdirdi

"Google"a ciddi rəqib: ChatGPT axtarış funksiyasını aktivləşdirdi

Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin sayı

Regional Mərkəzin direktoru vəzifəsindən azad olunub

İkinci kursda 40-50 nəfərlik komandanın rəhbəri olur - “Tik-Tok”un təsisçisinin hekayəsi

İkinci kursda 40-50 nəfərlik komandanın rəhbəri olur - “Tik-Tok”un təsisçisinin hekayəsi

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bakının bu rayonlarında evlər söküləcək: Sakinlərə veriləcək MƏBLƏĞ AÇIQLANDI

"İslam bankçılığı ilə bağlı bir bank müraciət edib"

“SOCAR Polymer”də yeni təyinat

Sənaye Parkında 12,5 milyard manatlıq məhsul satılıb

Avtobus sürücüləri də imtahan verəcəklər? - Rəsmi AÇIQLAMA

AMB ölkədə inflyasiyanı artıran və azaldan amilləri açıqlayıb

Mərkəzi Bank neft və qazın qiyməti ilə bağlı proqnozunu açıqlayıb

“QR” kodlar vasitəsilə edilən fişinq hücumlar və onlardan qorunma yolları

170 milyonluq cinayətdə adı hallanan vəzifəli şəxslər - SİYAHI

Niyə bəzi adamlar pul qazana bilir, bəziləri yox?

Prezident vağzalda və "28 May"da aparılan abadlıq işləri ilə tanış oldu (YENİLƏNİB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin