Xəbər
31.10.2024 / 11:07
"AzerGold"un törəmə şirkətinin direktoru dəyişib
58614
“AzerGold” QSC-nin “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC-nin direktoru Rizvan Baxşıyev işdən çıxıb.
Valyuta.az xəbər verir ki, onun yerinə Fuad Ramazanov təyin olunub.
O, indiyə qədər "AzerGold"un Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdiri olub. Bu vəzifənin icrası isə Oruc Eyvazova həvalə edilib.
Xatırladaq ki, "Azerblast" Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 5 000 336 manatdır.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay