"Visa" 1 400 işçini ixtisar edəcək
Bu il işçilərini ixtisar edəcək şirkətlərə də "Viza" da əlavə edilir.
Valyuta.az-ın məlumatına görə, "Visa"nın ilin sonuna qədər 1400 işçi və podratçını, o cümlədən 1000-ə yaxın texnoloji vəzifələrdə çalışan işçini işdən çıxaracağı bildirilir.
The Wall Street Journal (WSJ) tərəfindən yayımlanan xəbərə görə, şirkət bu ixtisarlarla beynəlxalq biznesini tənzimləməyi planlaşdırır. Xəbərdə qeyd olunur ki, texnologiya sahəsindəki 1.000 ixtisarla yanaşı, işdən çıxarmalar FinTech və texnologiya şirkətləri ilə işləyən satıcıları və qlobal rəqəmsal tərəfdaşlıq rollarını da əhatə edəcək.
Visa-nın sözçüsü, şirkətin müştərilərə xidmət göstərmək və böyüməni dəstəkləmək üçün daim inkişaf etdiyini, bunun bəzi vəzifələrin ləğvinə səbəb ola biləcəyini və qarşıdakı illərdə hər il daha çox insanı işə götürməyi planlaşdırıldığını bildirib.
"Visa" nın dünya üzrə 30.000-dən çox əməkdaşı var.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay