"Manqal Old"un sahibi cərimələndi, məhkəməyə üz tutdu
"Manqal Old" restoranın sahibi Abbas Nəcəfli cərimələnib.
Valyuta.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Abbas Nəcəfliyə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimə yazıb.
"Manqal Old"un sahibi dövlət qurumunun qərarından məhkəməyə şikayət verib.
Şikayətə Səbail Rayon Məhkəməsində baxılacaq.
192.1-ci maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay