"Bakı Telefon Rabitəsi"nə protokol yazılıb
"Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol yazılıb.
Valyuta.az-ın məlumatına görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay