"Umico"nun sahibi məhkəməyə verildi
"Competo" MMC məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Shopstore" şirkəti edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır. Baxış iclası noyabrın 19-da keçiriləcək.
Qeyd: "Competo" MMC-nin qanuni təmsilçisi Rauf Qulaməliyev İlham oğludur. Şirkət 2019-cu ilin mayında Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramını Azərbaycan bazarında satışa çıxarıb. iOS və Android platformalarındakı Umico mobil tətbiqi müştərilərə ticarət kateqoriyaları üzrə Azərbaycanın pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay