"A+CO" məhkəməlik oldu
"A+CO" Açıq Səhmdar Cəmiyyəti iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən məlumatların açıqlanması qaydalarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 500 manatdan 600 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.
İşə Abşeron Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay