Xəbər
25.10.2024 / 12:28
"Azmet Co" ilə vergi orqanı arasında 700 min manatlıq qalmaqal
58212
"Azmet Co" şirkəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, "Azmet Co" bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
Şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Emin Abdullayev iş üzrə hakim təyin edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, "Azmet Co" şirkətinin hazırda 701 183,17 manat vergi borcu var.
Şirkət Dövlət Vergi Xidməti tərəfindən Riski Vergi Ödəyicisi kateqoriyasına daxil edilib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay