BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58204

KOBİA-nın təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı yaşıl biznes modelinə keçmək istəyən sahibkarlar üçün faydalı sənəddir.

İqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə fonunda yaşıl bizneslərin önəmi artmaqdadır. Yaşıl biznes dedikdə ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ətraf mühitə və cəmiyyətə müsbət təsir etməyə çalışan iş modeli nəzərdə tutulur. Fəaliyyətində yaşıl prinsipləri əsas götürən bizneslər ətraf mühitə dost olur, resurslardan daha səmərəli istifadə edir, az tullantı yaradır, ekoloji təmiz məhsul və xidmətlər istehsal edir. Bir sözlə, yaşıl biznes yalnız gəlir əldə etməyi deyil, həm də ətraf mühitin və cəmiyyətin rifahını ön planda tutmağı hədəfləyir.

Ətraf mühitə münasibətdə məsuliyyətli davranış istehsal zamanı birbaşa təsirlərin aradan qaldırılması ilə məhdudlaşmır, ümumilikdə yaşıl davranışların təşkilatın bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiyasını zəruri edir. Bu baxımdan, yaşıl planlama, yaşıl idarəetmə üzrə strategiya və siyasətlərin hazırlanması və tətbiq olunması əhəmiyyətlidir. Ekoloji təmiz xammal və materialların seçilməsi, su, enerji və torpaq ehtiyatlarından səmərəli istifadə, tullantıların düzgün idarəedilməsi, yaşıl maliyyələşmə kimi amillər yaşıl fəaliyyətin təşkili üçün zəruridir. Yaşıl biznes idarəetmə sisteminin tətbiqi ilə yanaşı, onun mütəmadi olaraq monitorinqinin aparılmasına, qiymətləndirilməsinə və təkmilləşdirilməsinə də diqqət yetirilməlidir.

Bu yaxınlarda qəbul edilmiş AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı bizneslərin hansı istiqamətdə hansı yaşıl prinsipləri tətbiq edə biləciyini göstərməklə, həm də faydalı təlimat rolunu oynayır. Yeni standartın tətbiqi bizneslərin, o cümlədən KOB-ların yaşıl biznes modelinə keçidini asanlaşdırmaqla qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına imkan verəcək. KOB-ların ətraf mühitə təsirinin minimuma endirilməsini, resurslardan səmərəli istifadəni və ekoloji məsuliyyəti artırmağı nəzərdə tutan yeni standart, həmçinin ekoloji innovasiyaların stimullaşdırılmasına xidmət edəcəkdir.

Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə hazırlanmış yeni standart beynəlxalq müstəvidə ilk belə təcrübələrdəndir.

Qeyd edək ki, AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı “ESDGoals” MMC tərəfindən təqdim edilən standart layihəsi çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi” (AZSTAND/TK 08) və “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitələrdə (AZSTAND/TK 09) müzakirə edilib, ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub. Standart bu yaxınlarda müvafiq institut tərəfindən qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin