“BakıKart”la bağlı xəbərdarlıq - Saxta səhifələr açılır
Sosial mediada “BakıKart” adı altında saxta səhifələr açılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında qeyd edilib.
Agentliyin bildirdiyinə görə, bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.
“Təhlükəsizliyinizi qoruyun:
- Rəsmi “BakıKart” səhifələrini izlədiyinizə əmin olun.
- Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
- Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.
Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!
Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!”, - deyə agentliyin məlumtaında qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay