Xəbər
23.10.2024 / 12:13
Kamil Nəcəfov mərkəz direktoru TƏYİN OLUNDU
58028
“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” MMC-yə yeni direktor təyin olunub.
Valyuta.az xəbər verir ki, bu, Kamil Oqtay oğlu Nəcəfovdur.
K.Nəcəfov 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələri əldə edib, 2008-2009-cu illərdə ABŞ-ın “University of Southern Maine” universitetində ixtisasartırma proqramını tamamlayıb.
O, 2012-2023-cü illərdə “Caspian Cargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay