Bakıda Sabunçu tunelində batan digər şəxsin meyiti çıxarılıb, araşdırma aparılır (VİDEO)
16:22
Baş Prokurluq paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha 1 nəfərin cəsədinin aşkar edilməsi barədə məlumat yayıb.
Baş Prokurluqdan verilən məlumata görə, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 1 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır:
"Qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir".
***
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb.
Bu barədə Valyuta.az-a FHN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı barədə məlumat yayılıb. Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir. Güclü yağış nəticəsində tunelə su dolub, avtomobil suyun altında qalıb. Həmin şəxslərin də batan avtomobildə olduğu bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay