Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) yeni təyinat
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) İnsan resursları şöbəsinin müdiri dəyişib.
Valyuta.az-ın Fonddan əldə etdiyi məlumata görə, Dəyanət Vəliməmmədli vəzifəsindən ayrılıb.
Onun yerinə Lamiyə Nəbiyeva təyin edilib.
Qeyd edək ki, Lamiyə Nəbiyeva bundan əvvəl şöbənin baş mütəxəssisi vəzifəsində çalışıb.
Xatırladaq ki, ƏSF Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılıb, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlayıb.
ƏSF banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq və Azərbaycanda maliyyə sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə ərsəyə gəlib.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay