BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57907

Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda  təlimlərə başlanılıb. 

Valyuta.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva bildirib ki, ölkə başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanın icrası qaydasında kommersiya məhkəmələri yaradılarkən əsas məqsəd sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasının təmin edilməsindən ibarət olub. Qeyd edilib ki, kommersiya məhkəmələrində ixtisaslaşmanın dərinləşməsi kommersiya mübahisələrinin daha sürətli həllinə təsir göstərən mühüm amildir. 

Bildirilib ki, məhkəmələrdə bilavasitə bankların iştirak etdiyi, eləcə də iki sahibkarlıq subyektləri arasında banklar vasitəsilə qurulan münasibətlərdən yaranan mübahisələrə daha çox rast gəlinir. Kommersiya mübahisələrində ixtisaslı yanaşma onu tələb edir ki, mübahisəli münasibətə təkcə hüquqi deyil, həm də iqtisadi aspektlərdən yanaşılsın. Təlimin müvafiq kateqoriya mübahisələrə belə yanaşmanın təmin edilməsinə öz tövfəsini verəcəyi vurğulanıb. 

Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxışında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, təlimlər zamanı hakimlərə müvafiq qanunvericilik, Azərbaycanın iqtisadi və maliyyə sistemi, bank məhsulları və xidmətləri, valyuta rejimi, ödəniş sistemləri, banklarda və bank olmayan kredit təşkilatlarında kreditlərin verilməsi, lizinq əməliyyatları, mübahisələrin həlli yolları və digər əhəmiyyətli mövzular təqdim ediləcək. 

Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov isə təmsil etdiyi təşkilatın fəaliyyəti, məqsədi barədə təlim iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, ABA ilə Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumun məqsədlərindən biri də ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatında olan bank mübahisələrinin həllində peşəkar fəaliyyətin artırılmasına töhfə vermək, mülki və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə təcrübəsində qarşıya çıxan məsələlərin müzakirəsindən ibarətdir. Əməkdaşlıq çərçivəsində bu təlimin də hakimlərin ixtisaslaşmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. 

Qeyd edək ki, Azərbaycan Hakimlər İttifaqı ilə Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində təşkil edilən təlimin 21-25 oktyabr və 25-30 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin