“Qoç Ət” restoranı cərimələnir - Auditdən yayınıb
"QOÇ ƏT RESTORAN FERMER MARKET" Məhdud Məsuliyyətli Cəmiyyəti vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, qanuni təmsilçisi Mehtiyev Yaşar Fehruz oğlu olan "QOÇ ƏT RESTORAN FERMER MARKET" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda Dövlət Vergi Xidmətinə 9098.45 manat vergi borcu var.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay