Xəbər
18.10.2024 / 21:51
"Cahan Tabak Beynəlxalq" lisenziyasız mal idxal edib?
57764
Tütün məhsullarının istehsalı və satışını həyata keçirən "Cahan Tabak Beynəlxalq" MMC gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 507-ci (İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalı) maddəsi ilə protokol tərtib edilib.
İşə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsində baxılacaq.
507-ci maddəyə görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay