Rusiya MN dövlətə lazım olmayan aktivlərin satılmasında israr edir
Rusiya Maliyyə Nazirliyi dövlətə lazım olmayan aktivlərin satılmasını dəstəkləyir.
Valyuta.az xəbər verir ki, bu barədə "Kommersant" qəzetinə müsahibəsində nazir müavini Aleksey Moiseyev bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi dövlətin "artıq heç nəyə" ehtiyacı olmadığı mövqeyini müdafiə edir. Bu, ilk növbədə məhkəmə qərarları əsasında xəzinəyə qaytarılmış əmlaka aiddir, deyə nazir müavini izah edib.
"Adətən bu, binalar və ya müəssisələr şəklində kommersiya obyektləridir. Biz onları mümkün qədər tez satmağa çalışırıq", - Moiseyev əlavə edib.
O, həmçinin bildirib ki, ötən il ərzində Rusiya Əmlak Nazirliyi xəzinəyə məxsus daşınmaz əmlakın 98%-i və torpaq sahələrinin 87%-i üzrə təyinat funksiyalarını müəyyənləşdirib. Moiseyevin dediyinə görə, 184 təsərrüfat cəmiyyəti özəlləşdirmə planına daxil edilib, onlardan 102-si "satış", 82-si isə vertikal inteqrasiya olunmuş strukturlar kimi təyin edilib. 2024-cü ildə 27 təsərrüfat cəmiyyəti, əvvəlki il isə daha 21-i satılıb. 54 təsərrüfat cəmiyyətinə dair özəlləşdirmə tədbirləri davam etdirilir.
7 oktyabrda Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, nazirlik yaxın illərdə federal büdcənin neft və qaz gəlirlərindən asılılığını azaltmağı planlaşdırır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay