"L.a. Uğur Group" məhkəmə qarşısında
"L.a. Uğur Group" məhdud məsuliyyətli cəmiyyəti barəsində cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü (İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Günar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa "L.a. Uğur Group" MMC iki min manatdan üç min manatadək məbləğdə cərimə edilə bilər.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay