BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57550
17-21 oktyabr tarixlərində Moskvada Birinci beynəlxalq "Avrasiya" kinofestivalı  keçiriləcək.

Bu barədə 11 oktyabr tarixində mətbuat konfransında kinofestivalın prezidenti məlumat verib. "Avrasiya" festivalında Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrdən 250-dən çox kino sahəsinin mütəxəssisi iştirak edəcək. Onların arasında rejissorlar, ssenaristlər, operatorlar, aktyorlar, prodüserlər, jurnalistlər və videobloqerlər var.

Festivalın əsas məqsədi — tamaşaçılarda öz ölkələrinin tarixi və ənənələrinə maraq oyatmaq, istedadlı kinorejissorları üzə çıxarmaq və ən yaxşı filmləri dəstəkləməkdir.

İştirakçıları beş zəngin proqram günü gözləyir ki, bu da filmlərin nümayişlərini, yaradıcılıq və işgüzar görüşləri, ustad dərslərini, dəyirmi masaları və təhsil proqramlarını əhatə edir. Festival qonaqları görkəmli sovet və rus aktyorları, eləcə də Avrasiya ölkələrindən olan məşhur sənətçilərlə tanış olacaqlar.

"İstənilən festival — insanın tanınması üçün bir platformadır. Bu, əsas məsələdir. Əgər sən istedadlısan, bacarıqlısan və düzgün yolu seçmisənsə, onda daha da irəliləmək üçün şans qazanırsan. Qrantlarla bağlı vəziyyət unikal bir təcrübədir, xüsusən bizim ölkəmiz üçün. İstənilən şəxs müraciət edib maliyyə dəstəyi ala bilər. Mənə görə, "Avrasiya” və "Avrasiya-Kinofest” layihələrinin əsas məqsədi — bizi yenidən bir-birimizə maraqlı etməkdir. Biz artıq dörddə bir əsrdir ki, yeni bir dünyada yaşayırıq. Yenidən bir-birimizi tanımağa ehtiyacımız var", — film festivalının prezidenti vurğuladı.

Müsabiqə proqramında 50-dən çox tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər təqdim olunacaq. Qaliblər 12 nominasiyada seçiləcək, mükafatlandırma mərasimi bağlanış mərasimində keçiriləcək. Yeni rejissorlar, ssenaristlər, operatorlar və gənc kinobloqerlər Avrasiya ölkələrinin yaxınlaşmasına və birliyinə həsr olunmuş filmlərin çəkilişləri üçün qrant dəstəyi ala biləcəklər.

"Avrasiya" kinofestivalının əsas məqsədi — yaradıcılıq komandalarının qarşılıqlı anlaşma və hörmət əsasında ənənəvi dəyərlər platforması ətrafında birləşməsidir. AİB "Avrasiya" Avrasiya xalqlarına xas olan ənənəvi və mənəvi dəyərlər platformasının inkişafına önəm verir. Biz festivalda təqdim olunacaq filmlərdə ailə və mənəvi inkişaf mövzularının qaldırılmasını istəyirik. Bizim çoxlu aparıcı layihələrimiz var və istəyirik ki, sənədli və bədii filmlər vasitəsilə öz fikirlərini ifadə etmək bizim üçün bir ənənəyə çevrilsin, kinofestivalımız isə illik tədbir olsun", — deyə Alyona Arşinova bildirib.

Avrasiyada bir çox yaradıcı komandalar, prodüserlər, ssenaristlər və rejissorlar mövcuddur ki, onlar maraqlı formatlar yaradırlar, lakin az adam bundan xəbərdardır. AİB "Avrasiya"nın məqsədi onları dəstəkləmək və yeni, qitə səviyyəsinə çıxarmaqdır.

Tədbirdə iştirak etmək üçün 14 oktyabr tarixindən etibarən //evrazia-kinofest.su saytında əvvəlcədən qeydiyyatdan keçərək pulsuz iştirak etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin