Banklar hansı hallarda zamini məhkəməyə verə bilməz? - İZAH
Problemli kreditlərin artması kredit götürənə zamin durmuş şəxslərin əlavə problemlərlə üzləşməsi ilə nəticələnir. Çünki borc alan krediti ödəmədikdə özü ilə bərabər ona zamin durmuş şəxs də məsuliyyət daşımalı olur. Bank bir çox hallarda zamini də məhkəməyə verir. Bununla da həmin məbləğin zamin tərəfindən ödənilməsi təmin edilir.
Maraqlıdır, zamin hansı hallarda məhkəməyə verilə bilməz?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas, bank eksperti Əkrəm Həsənov deyib ki, kredit müqaviləsinin müddətindən bir il keçərsə, zamin məhkəməyə verilə bilməz:
“Borc alan krediti ödəmirsə, bank həm borc alanı, həm də zamini məhkəməyə verə bilər. Sadəcə zaminlik müqaviləsindən başqa hal nəzərdə tutulmayıbsa, kredit müqaviləsinin müddətinin bitməsindən 1 il zaman keçərsə, zamin məhkəməyə verilə bilməz. Məsələn, kredit müqaviləsi 3 illik bağlanıb. Müqavilənin müddəti bitib. Üzərindən 1 il keçib. Bu zaman bank borcun ödənilməsini tələb etmək üçün zamini məhkəməyə verə bilmir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay