BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
54926

Azərbaycan idmançılarının “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında uğurlu çıxışları davam edir. Hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Azərbaycan yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.

Maraqlıdır, bəs Paris Paralimpiadasında medal qazanan idmançılarımıza Azərbaycanda nə qədər pul mükafatı veriləcək?

Olimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırılması ölkə başçısının sərəncamı əsasında həyata keçirilir. Çox güman ki, “Paris-2024” XVII Yay Paralimpiya Oyunları başa çatandan və bütün idmançılar vətənə qayıdandan sonra ölkə Prezidentinin mükafatlandırma ilə bağlı müvafiq sərəncamı olacaq.

Xatırladaq ki, bundan əvvəlki XVI Yay Paralimpiya Oyunları 2021-ci il avqustun 25-dən sentyabrın 6-na qədər Yaponiyanın Tokio şəhərində keçirilmişdi.

Azərbaycan Milli Paralimpiya Komandası Tokiodakı yarışı 163 ölkə arasında 10-cu pillədə tamamlamışdı. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanmışdılar ki, bu da Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.

Prezident İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən, Tokio Paralimpiadasında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün aşağıdakı pul mükafatları ayrılmışdı:

- birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

- ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

- üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

Eyni zamanda idmançılar və onların məşqçiləri “Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmətə görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə", “Əmək” ordenləri və "Tərəqqi" medalı ilə təltif edilmişdilər. Bundan başqa, bəzi məşqçilər Azərbaycan Prezidentinin Fəxri Diplomu verilmişdi.

Ehtimal olunur ki, bu il də mükafatların məbləği dəyişməyəcək.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Sabahın hava proqnozu

70 manatlıq sənədin biznesmenlərə qazandırdığı üstünlüklər

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Sürücülərin nəzərinə! Bu prospektdə yeni radar quraşdırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin