“Memorial Hospital” ötən il zərər edib, kapitalı azalıb
“Memorial Hospital” (“Memorial Klinik” MMC) ötən ili zərərlə başa vurub.
Valyuta.az bu barədə MMC-nin audit hesabatına istinadən xəbər verir.
Məlumata görə, hospital 2023-cü ildə 98,29 min manat zərər edib. Halbuki, 2022-ci ili 1 milyon 297,6 min manat xalis mənfəətlə bitirmişdi.
“Memorial Hospital”ın əsas əməliyyat gəlirləri ötən il 5 milyon 466,3 min manat (0,3% çox) satışın maya dəyəri illik müqayisədə 38 faiz artaraq 3 milyon 688 min manata yüksəlib. Bu isə onun mənfəətinin 2022-ci ildəki 2 milyon 799 min manatdan ötən il 1 miylon 778 min manata kimi azalmasına səbəb olub. Digər tərəfdən klinika inzibati xərcləni də 1 milyon 76 min manatdan 1 milyon 772,9 min manata kimi artırıb.
Bu isə onun ili zərərlə başa vurmasına təsir edib.
Hesabat dövrü üzrə klinikanın cəmi aktivləri 9,9 milyon manatdan 11,37 milyon manata, cəmi öhdəlikləri isə 551,3 min manatdan 1,47 milyon manata kimi artıb.
MMC-nin bölüşdürülməmiş mənfəəti və cəmi kapitalı 7,16 milyondan 7,06 milyon manata enib.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan hospitalın 50 % pay Mahir Ramazanov Teymur oğluna, digər 50 % pay isə Namiq Yaqubov Oruc oğluna aiddir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay