Xəbər
24.05.2024 / 11:47
Cəmi 198 manat gəliri olan “MFX-Trading" növbəti dəfə zərər edib
48749
“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2023-cü ildə cəmi 198 manat gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, investisiya şirkətinin bunun qarşılığında ümumi və inzibati xərci 143,3 min manat təşkil edib. Nəticədə təşkilat 143 min 112 manat əməliyyat və xalis zərərlə üzləşib. 2022-ci ildə isə investisiya şirkəti 304 min manat xalis zərər açıqlamışdı.
“MFX Trading İnvestisiya Şirkəti” cəmi aktivləri 1% və ya 3,8 min manat artaraq 391 min 572 manat təşkil edib.
2024-cü ilin yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 241 min 572 manat olub ki, bu da illik müqayisədə 24% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayınnı 1-nə şirkətin yığılmış zərəri 718 min 427 manata çatıb.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay