Xəbər
13.05.2024 / 13:40
500 min manat mayası olan şirkət Qapalı Səhmdar Cəmiyyətə çevrilir
47975
İyun ayının 28-də Abşeron rayonu, Masazır qəsəbəsində "Masazır Quşçuluq" ASC-nin inzibati binasında səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncağın gündəliyində "Masazır Quşçuluq" ASC-nin 2023-cü ilin yekunlarına dair İdarə Heyətinin hesabatı, ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək Qapalı Səhmdar Cəmiyyətə çevrilməsi, "Masazır Quşçuluq" QSC-nin nizamnaməsinin və əsasnamələrin təsdiqi, "Masazır Quşçuluq" QSC-nin İdarə Heyəti, Müşahidə Şurası və Təftiş (Audit) komissiyasının sədr və üzvlərinin seçilməsi) və digər məsələləri dayanır.
Qeyd edək ki, "Masazır Quşçuluq" ASC-nin qanuni təmsilcisi İbrahimov Zaur Davud oğludur. Şirkətin nizamnamə kapitalı 513 min 726 manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay