Hacı İbrahim Nehrəmlinin şirkəti hansı qaydaları pozub?
İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilir.
İşə Yasamal Rayon Məhkəməsində baxılacaq.
Rəşad Cavadzadə iş üzrə hakim təyin edilib.
518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim İbrahimovun qardaşıdır.
O, sonradan icrası dayandırılan məşhur “Xəzər adaları” layihəsinin müəllifidir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay