Xəbər
07.05.2024 / 22:20
“Kino” məhkəməyə verildi
47659
“Kino” Mənzil-Tikinti Kooperativi barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, MTK İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Mayın 21-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
389-cu maddədə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay