Xəbər
06.05.2024 / 20:21
Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal
47570
Hərracların Təşkili Mərkəzi qurumun keçmiş işçisi Nazim Babayev arasında məhkəmə çəkişməsi gedir.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, məhkəmə çəkişməsi Nazim Babayevin işdən çıxarılması ilə bağlıdır.
Mərkəzin keçmiş işçisi rəhbərliyin qərarını qanunsuz hesab etdiyindən məhkəməyə müraciət edib. Onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Birinci məhkəmə instansiyası Nazim Babayevin iddiasını təmin etməyib.
İş hazırda apellyasiya mərhələsindədir. Nazim Babayevin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Hərracların Təşkili Mərkəzinin İdarə Heyətinin sədri Malik Vəliyevdir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay