Xəbər
25.04.2024 / 14:27
Sabiq baş həkim TƏBİB-ə qarşı məhkəmədə qalib gəldi, işinə bərpa olunmalı, maaşı ödənməlidir
46902
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevin TƏBİB-ə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.
Valyuta.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı qismində tanınan Rauf Nağıyev məhkəmə qarşısında keçmiş işinə bərpa olunma və əmək haqqının ödənməsi tələbi qoyub.
Məhkəmədə qərar elan edilib. Qərara əsasən, Rauf Nağıyevin iddiası təmin edilib.
Qeyd edək ki, uzun illər Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olmuş Rauf Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay